Menu

Suriyada ABŞ-Rusiya toqquşması riski əhəmiyyətli dərəcədə artıb! - Peskov

08.04.2017, 01:24

dmitry_peskov_050913«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Suriyada cərəyan edən proseslər və ABŞ-ın Suriyadakı hökumət qüvvələrinin əlində olan hərbi aerodroma qanadlı raketlərlə zərbə endirməsi ərazidə Rusiya ilə ABŞ arasında toqquşma riskini artırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında bəyan edib.

«Suriya səmasında ABŞ-la insidentlərin qarşısının alınması barədə memorandumun fəaliyyətinin Rusiya tərəfindən dayandırılması hansı nəticələrə gətirib çıxara bilər?» - sualına, Peskov belə cavab verib.

Bundan əvvəl, ABŞ-ın raket zərbələrindən sonra Rusiya sözügedən memorandumun fəaliyyətini dayandırdığını bəyan edib.

«Raket zərbələri fonunda çətin ki, hansısa risklərin artmasından danışmaq ağılabatan olsun. Risk - əhəmiyyətli dərəcədə artıb» - deyə, Peskov bəyan edib.

Peskov qeyd edib ki, baş verənlərdən sonra bu sənəd artıq öz qüvvəsini itirmiş olub. Bununla yanaşı, Kremlin sözçüsü onu da qeyd edib ki, Rusiyanın hərbi qüvvələri Suriyada legitim əsaslarla - bu ölkənin hakimiyyətinin xahişinə əsasən yerləşir.

Mətbuat katibi Suriya ordusunun hərbi obyektlərinin Rusiya hərbi qüvvələri tərəfindən qounması imkanlarını şərh etməyib. O, sualı Rusiya Müdafiə Nazirliyinə (RMN) ünvanlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol