Menu

Rusiya aviasiyası İdlibi bombaladı - Ölən və yaralananlar var

08.04.2017, 09:02
Rusiya aviasiyası İdlibi bombaladı - Ölən və yaralananlar var

ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.

Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.

Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol