Menu

Mağazadan ərzaq oğurlayan şəxs tutuldu

08.04.2017, 14:57

turme_hebs_000Ölkə ərazisində oğurluq törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri və 350 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Surac Mehdiyev və Tural Mustafayev tutulublar.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yanvarın 19-da şəhər ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ədalət Əliyev saxlanılıb.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da şəhər ərazisindəki mağazalardan birindən 75 manat pul, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ləkçılpaq kənd sakini Anar İsmayılov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol