Menu

"Vurmaq lazımdırsa, elə vurmaq lazımdır ki, ağrıdıcı olsun!" - Trampın xarici siyasətinin «anons»u

08.04.2017, 15:42
"Vurmaq lazımdırsa, elə vurmaq lazımdır ki, ağrıdıcı olsun!" - Trampın xarici siyasətinin «anons»u

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya aviabazasına ABŞ-ın raket zərbələri endirməsi Prezident Donald Trampın xarici siyasətinin «anons»u kimi qiymətləndirilə bilər. Bu fikri Moskva Karnegi mərkəzinin direktoru Dmitri Trenin «Exo Moskvı» radiosunun efirindən səsləndirib.

«Trampa görə, əgər elə bir vəziyyət yaranarsa ki, bu vəziyyətdə ABŞ-ın maraqları təhlükə altına düşsün, ABŞ-ın önəm verdiyi hansısa prinsiplər dağıdılsın və ayaqlar altına atılsın, o zaman ABŞ yumruq göstərməklə kifayətlənməyəcək, əksinə, bu təhlükənin mənbəyi olanlara zərbə endirəcək» - deyə, ekspert bildirib.

Beləliklə, Moskva Karnegi mərkəzinin direktoru hesab edir ki, Trampın Suriya aviabazasına raket zərbəsi endirmək barədə qərarı ABŞ-ın yeni Prezidentinin güc mövqeyindən çıxış edərək xarici siyasət yürüdən adam «təsəvvürlərinə sığışır».

«Müvafiq xarici siyasət yeritmək üçün ABŞ-ın yeni Prezidentinin «imkanları var» və «müdafiə naziri, general Ceyms Mettis də belə fəaliyyətə çox hazır olan adamdır. Ümumiyyətlə, Ceyms Mettis də elə həmin fəlsəfəyə xidmət edir: Vurmaq lazımdırsa, deməli, vurmaq və elə vurmaq lazımdır ki, ağrıdıcı olsun!» - deyə, Trenin əlavə edib.

«O, hələlik özü ilə Obama arasında kontrast yaratmaq istəyir - sonuncu qırmızı xətti çəkib, sonra isə onu keçdikləri barədə xəbərlərə heç bir reaksiya vermədi» - deyə, Trenin fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol