Menu

Britaniya XİN rəhbəri Moskvaya səfərini təxirə salıb

08.04.2017, 17:36
Britaniya XİN rəhbəri Moskvaya səfərini təxirə salıb

Böyük Britaniya xarici işlər naziri Boris Conson Moskva səfərini təxirə salıb.

APA-nın məlumatına görə, bu barədə nazir özünün “Tvitter” səhifəsində yazıb.

“Aprelin 10-da Moskvaya səfər etməyəcəyəm. Prioritetim G7-dən olan həmkarlarımla Suriyadakı vəziyyət və Rusiya prezidentinin Bəşər Əsədə verdiyi dəstəklə bağlı danışıqlardır”, - deyə B. Conson bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol