Menu

İŞİD silahlıları Mosulda 50 dinc sakini edam ediblər

08.04.2017, 23:20
İŞİD silahlıları Mosulda 50 dinc sakini edam ediblər

İŞİD silahlıları İraqın Mosul şəhərində ordunun nəzarətində olan ərazilərə keçməyə cəhd etmiş 50 dinc sakini edam ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri Mosulun mərkəzindəki Ras əl-Cada və Əl-Müşahadə rayonlarında edam ediblər. Terrorçular əhalini qorxutmaq üçün öldürülən sakinlərin cəsədlərini küçələrə səpiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol