Menu

Türkiyədə zəlzələ baş verib

09.04.2017, 00:09
Türkiyədə zəlzələ baş verib

Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar Adıyaman şəhərində, Kırmacık kəndi ərazisində qeydə alınıb. Zəlzələ Araşdırma İnstitutunun hesablamalarına görə, yeraltı təkanlar 3,5 bal gücündə olub.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol