«AzPolitika.nfo»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiya Şurasının mülafiə və təhlükəsizlik məsələləri Komitəsinin sədri Viktor Ozerov bu fikirdədir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Koreyaya zərbə endirəcəyini istisna etmək olmaz. ABŞ aviadaşıyıcı qrupunun Koreya yarımadasına göndərilməsi bu perspktivdən xəbər verir.
Onun sözlərinə görə, indi olduqca vacibdir ki, dünyanın bütün dövlətləri Vaşinqtonun Şimali Koreyaya qarşı belə hərəkətinin yolverilməz olduğu barədə ictimai rəyin formalaşmasına qoşulsunlar.
Cümə günü, axşam kimyəvi hücuma cavab olaraq, ABŞ Suriya bazasını qanadlı raketlərlə atəşə tutub. Bundan sonra, ABŞ milli təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə hədələrinə qarşı müxtəlif cavab tədbirləri həyata keçirməyi Donald Trampa tövsiyyə etdib. Bu sırada Koreya Xalq Demokratik Respublikası (KXDR) liderinin aradan götürülməsi və Cənubi Koreyada nüvə silahının yerləşdirilşməsi də var.
Bunun ardınca «Karl Vinson» atom aviadaşıyıcısı Koreya yarımadasına yola salınıb. Bu aviadaşıyıcı 80 döyüş təyyarəsi daşımaq gücündədir. Eskadranın tərkibinə həm də kreyser və qanadlı raketlərlə silahlanmış iki esmines daxildir.


Şərhlər