"Suriyada siyasi həll prosesinə prezident Bəşər Əsəd də qatılmalıdır".
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
“Prioritetimiz İŞİD-in məğlub edilməsidir. Terrorçuları məğlub edərək, həm ABŞ-ı, həm də regionu sülhə qovuşdurmağa cəhd göstəririk. Daxili savaşın qarşısının alınması üçün münaqişə tərəflərinin bir masaya əyləşəcəyini ümid edirik”, – ABŞ rəsmisi bildirib.
O, Suriyada təhlükəsiz bölgələrin də yaradılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, ABŞ diplomatları açıqlamalarında Əsədin siyasi həll prosesində iştirakının mümkünsüzlüyünü ifadə edirlər. (Axar.az)


Şərhlər