Menu

Tramp "Tomaqavk" zərbələrinə rəhbərlik edən qadına şəxsən təşəkkür edib

10.04.2017, 10:41
Tramp "Tomaqavk" zərbələrinə rəhbərlik edən qadına şəxsən təşəkkür edib

ABŞ prezidenti Donald Tramp Suriya ordusunun Şayrat aviabazasına raketlərin buraxıldığı "Porter" gəmisinin komandiri Andria Slouya şəxsən təşəkkür edib.

APA-nın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser "Twitter" səhifəsində yazıb. O bildirib ki, prezident komandirə zəng edib, onu həm təbrik etməklə yanaşı, təşəkkürünü çatdırıb.

Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.

Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol