Menu

Yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanıldı

10.04.2017, 11:42
Yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanıldı

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb. “Report”un məlumatına görə, bu, rayonun Alar kənd sakini Hüseynov Əliməmməd Yəhya oğludur.

Xatırladaq ki, ötən həftə Alar kəndi ərazisində “Al-petrol” yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol