"Son vaxtlarda beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa Şurası, ABŞ hökuməti, “Freedom House” və başqaları Azərbaycanda insan hüquqlarından, siyasi məhbuslardan çox danışırlar. Azərbaycan hökuməti bütün bunları özünə qarşı təzyiq kimi qiymətləndirir. ABŞ səfirinin bəyanatı ilə bağlı son günlərdə rəsmilər Azərbaycan dövlətinin müstəqil siyasət yeritdiyini və heç bir təzyiqə boyun əyməyəcəklərini bəyan edirlər. Siyasi məhbusları indiki şəraitdə azad etmək, bir baxımdan rəsmi Bakının xaricin təzyiqinə boyun əyməsi kimi qiymətləndirilə bilərdi. Azərbaycan hökuməti bu səbəbdən heç bir siyasi məhbusu əfv etmədi. Əfv məktubunun burada heç bir rolu yoxdur."
Bunları AzPolitika.info-ya qısa açıqlamasında tanınmış jurnalist Mirzə Xəzər son əfv fərmanının siyasi məhbuslara şamil olunmamasına münasibət bildirərkən deyib.
Mirzə Xəzərin fikrincə, hakimiyyət bəzi siyasi məhbusları Azərbaycanı tərk etmək şərtilə də buraxmaq istəmir.
"Məsələn, onlar Əli İnsanovu buraxmaq istəmir. Xaricdə mühacir çoxdu, amma heç bir şeyə faydası yoxdur. Say çoxdur, iş isə sıfır."

Şərhlər