Menu

"MƏN MÜALİCƏYƏ GEDƏNDƏ..." - Abid Şərifov xəstəliyindən danışdı

10.04.2017, 15:50
"MƏN MÜALİCƏYƏ GEDƏNDƏ..." - Abid Şərifov xəstəliyindən danışdı

Bu yaxınlarda səhhətinin qəfildən pisləşməsi ilə əlaqədar İsrailə müalicəyə gedən Azərbaycanın Baş nazirin müavini Abid Şərifov artıq Bakıya qayıdıb.

A.Şərifov "Ölkə.Az”a açıqlamasında hazırda səhhətinin normal olduğunu bildirib.

"Hazırda səhhətim normaldır, işimin başındayam. Səhhətimlə maraqlanan hər bir kəsə də minnətdaram”.

A.Şərifov mətbuatda onun haqqında yazılan məlumatları da şərh edib:

"Mən Bakıya çoxdan gəlmişəm. Mən müalicəyə gedəndə haqqımda yazılar yazıldı. Allah hamısına kömək olsun, salamat etsin! Məgər kim xəstələnmir? Hamı xəstələnə də, əməliyyat oluna da bilər. Allah köməyi olmuşlar da ağızlarına gələni yazırdılar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol