Rusiya millətçiləri arasında belə fikir formalaşıb: “Putin xəyanətkardır"
Ukraynada Pyotr Poroşenko prezident seçkilərində qalib gəldikdən sonra ordu ölkənin cəbun-şərq bölgəsində geniş miqyaslı antiterror əməliyyatlarına start verdi. Separatçılar və ordu qüvvələri arasında gedən döyüşlərdə ölənlərin sayı əvvəlki günlərlə müqaiyəsə daha çoxdur. İş o yerə çatdı ki, rusiyalı politoloqlar prezident Vladimir Putini ordunun Ukraynaya girərək rusdilli sakinlərin müdafiəsi əmrini verməyə çağırdı.
ANS PRESS-in məlumatına görə, rusiyalı politoloqlar V.Putinin son vaxtlar Ukrayna ilə bağlı yürütdüyü siyasətdən narazıdır. Politoloqların fikrincə, Putin Rusiya ordusunun Ukraynaya girməsi üçün əmr verməlidir.
Prezident isə isə nəinki əmr vermədi, məsələ ilə bağlı rəsmi Kiyevi sərt tənqid belə etmədi. Bu isə Rusiya millətçiləri arasında belə fikir formalaşdırdı: “Putin Rusiyaya xəyanət edir. O, xəyanətkardır”.
Pyotr Poroşenko isə prezident seçildikddən sonra V.Putindən fərqli olaraq daha sərt addımlara atmağa başladı. O, ölkənin cənub-şərq vilayətlərində qalib gəlmək üçün ordu qüvvələrini səfərbər etdi.
Politoloqlar hesab edir ki, V.Putinin Ukraynaya qoşun yeritmək fikri yoxdur. Onun planına əsasən Ukraynanın Rusiya ilə sərhədində rəsmi Moskvanın maraqlarına xidmət edən müstəqil Donetsk və Luqansk respublikaları yaradılmalıdır.


Şərhlər