Menu

Nigerdə "Boko haram"ın 57 silahlısı məhv edilib

11.04.2017, 00:31

150213141329_boko_haram_640x360_afp_nocreditNigerin təhlükəsizlik qüvvələri "Boko haram"ın 57 silahlısını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

Qeyd edək ki, "Boko haram" silahlıları 2009-cu ildən Çad gölü hövzəsindəki ölkələrdə 20 mindən çox insanı qətlə yetirib. Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb.

Hüquq-müdafiəçilərinin sözlərinə görə, ekstremistlər on minlərlə insanı, o cümlədən 10 min gənci və minlərlə qadını oğurlayıblar. Silahlılar bunün üçün girovlardan terrorçu-kamikadze kimi istifadə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol