Menu

Türkiyədə şiddətli partlayış - Yaralılar var

11.04.2017, 12:28
Türkiyədə şiddətli partlayış - Yaralılar var

Bu gün yerli vaxtla saat 10.45 (Bakı vaxtı ilə saat 11.45) Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış olub.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış Diyarbəkirin Bağlar qəsəbəsində Əmək prospektində polis məktəbi yaxınlığında törədilib.

Təhlükəsizlik orqanlarındakı mənbə “Reuters” agentliyinə çoxlu sayda yaralının olduğunu bildirib. Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol