Menu

Bakıda sosial mənzillərin ikinci layhəsinin baş planı hazırlanır

11.04.2017, 14:01
Bakıda sosial mənzillərin ikinci layhəsinin baş planı hazırlanır

Yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.

Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.

Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: “Biz həmçinin, məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol