“Biz artıq müharibədən yorulmuşuq, quruculuq işləri ilə məşquluq”
Qroznıda ANS-ə eksklüziv açıqlama verən Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın şərqində gedən döyüşlərdə çeçenlərin Rusiyapərəst qüvvələrin tərəfində vuruşaraq həlak olmasına münasibət bildirib.
“Bəli, Ukraynada çeçenlər vuruşur. Mətbuatda onların sayının 100-dən çox olduğu deyilsə də hamısı yalandır. 14 çeçen döyüşür. Bizdə olan məlumata görə, onlardan biri öldürülüb. Çeçenlər Suriyada da döyüşür, onlar könüllüdürlər. Biz heç kimə deyə bilmərik ki, getsin hardasa döyüşsün. Bunun üçün Ali Baş Komandanın əmri olmalıdır. Biz artıq müharibədən yorulmuşuq, quruculuq işləri ilə məşquluq”,- deyə Çeçenistan prezidenti vurğulayıb.


Şərhlər