Menu

Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib

11.04.2017, 17:48
Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib

Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kremlin komendantı Sergey Xlebnikov deyib.

"Tədbirlər faktiki olaraq faciəli hadisələrdən dərhal sonra görülüb. Məlum səbəblərdən mən bu barədə ətraflı danışmaq istəməzdim. Təhlükəsizlik hec vaxt kifayət qədər olmur, lakin əlimizdə olan bütün imkanlardan istifadə edirik. Biz vəziyyətə nəzarət edərək yeni imkanları araşdırırıq", - komendant bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol