6 may Nidaçı gənclərin məhkəməsindən sonra Ağır Cinayətlər məkhəməsin yaxınlığında saxlanılaraq 21 polis bölməsində cərimə olunan Seidi Çilənar, Kamilsoy Nəcmin və Cəmil Hacıyevin barsəsində verilən şikayəti Nəsimi rayon məhkəməsinin hakimi Şahın Abdullayev İnzibari Xətalar Məcəlləsinin 420.1.7 (əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.) və 431.1.3. (səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;) maddələrinə əsaslanaraq şikayətçilərdən birinin ünvanı üzrə Abşeron məhkəməsinə göndərmişdir.
Hakimin qəbul etdiyi qərar İXM 431.1.4. maddəsinə (səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;) ziddir və səlahiyyətli organ olan 21-ci polis bölməsi Nəsimi rayon ərazisində olduğundan şikayətədə Nəsimi məhkəməsindədə baxılmalı idi. Eyni zamanda hakim Şahin Abdullayevi təfəkkürü ilə şikayət yalnız bir nəfərin yaşayış yerinə deyil hər üç nəfərin yaşadığları yerlər üzrə məhkəmələrə göndərilməli idi. Lakin hakim Şahin Abdullayev yalnız bunu Sumqayıt sakini olan Kamilsoy Nəcmin yaşayış ünvanı üzrə Abşeron məhkəməsinə göndərmişdir.
Lakin may ayının 27-si Cəmil Hacıyevə ünvanlanan yeni məktubda onu may ayının 30-u saat 15-00 da Etibar Hümbətovun hakimliyi keçiriləçək prosesdə iştirak üçün Nəsimi məhkəməsinə çağırırlar. Həmin vaxtda məhkəmədə olan Cəmil Hacıyevə bildiriblər ki, məhkəmə prosesi saat 17-00 keçirilir. Saat 17-00 da zalda bir qrup polis peyda olur. Hakim polislərin iş üzrə dəvət olduğunu bildirir. Məhkəmə prosesində öz hüquqlarını özü müdafiə edən Cəmil Hacıyev 21 polis bölməsindən bu günlərdə pulun ödənilməsi ilə əlaqədar təzyiq və hədələrlə üzləşdiyini deyir. Amma hakim buna fikir vermir. Sonra 21-ci polis bölməsinin mayoru Sabir Həsənov çıxış edərək Cəmil Hacıyevin hadisə yerində ictimayi asayişi pozaraq ucadan qışqıraraq şüarlar səsləndirməsini və bununla da xırda xuliqanlıq etdiyinə görə saxlanılaraq cərimə edilməsini bir daha bildirir. Məhkəmə zamanı Cəmil Hacıyevin təqdim etdiyi vidyo görüntülər hakim tərəfindən baxılmadan, şahid qismində məhkəməyə gəlib ifadə vermək istəyən hadisə iştirakçıları dinlənilmədən müşavirə elan olunur.
Hakim Etibar Hümbətov müşavirədən qayıdaraq Cəmil Hacıyevın şikayətin təmin etməyərək 21-ci polis bölməsinin Cəmil Hacıyev barəsində cərimə qərarını qüvvədə saxlanıldığını bildirib. Məhkəmədən sonra polis mayoru Sabir Həsənov hara şikayət eləməyindən aslı olmayaraq cəriməni qəpiyinə kimi alacağını bir daha Cəmil Hacıyevin nəzərinə çatdırıb .
Digər şikayətçılər olan Seidi Çilənar, Kamilsoy Nəcmin işi barədə hələdə xəbər yoxdur. Cəmil Hacıyevin digər iki nəfərdən fərqli təcili məhkəmə qarşısına çıxarılması ona xüsisi münasibətdənxəbər verir.

Şərhlər