Menu

İranda qadın prezident seçkilərində namizəd oldu

12.04.2017, 00:03
İranda qadın prezident seçkilərində namizəd oldu

May ayında İranda baş tutacaq prezident seçkiləri ərəfəsində ölkə tarixində yenilik baş verib.

Yerli agentliklər xəbər verir ki, artıq bu gündən İranda prezident seçkilərində iştirak edən namizədlərin qeydiyyatı başlayıb. Bu gün İran Mərkəzi Seçki Komissiyasında tarixdə ilk qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb. Təbrizi heç bir partiyanın üzvü olmadan, müstəqil namizəd kimi qeydiyyatdan keçib.

Mirfəttah Təbrizi İran qanunvericiliyinə əsasən bir qadının ölkəni idarə edə bilməyəcəyini anladığını, amma qanunlardan istifadə edərək namizədliyini irəli sürdüyünü bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol