Menu

Merkel Putinə «qonaq» gedəcək

12.04.2017, 00:19

??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel heç kimin ondan gözləmədiyi «heyrətamiz addım» atmağa qərar verib - o, Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etmək niyyətindədir. Almaniyanın «Der Spiegel» nəşrinin yazdığına görə, Merkel Moskvaya mayın 2-də gələcək.

Formal olaraq, səfərin məqsədi kimi, «böyük iyirmilər»in iyul ayında Hamburqda keçiriləcək sammitinə hazırlıq məsələsi önə çəkilir. Nəşrin yazdığına görə, sadəcə bu, bir bəhanədir, gerçəkdə isə Merkel Moskvaya «daha pisin» qarşısının alınması üçün gedir.

«Şpigel» qeyd edir ki, Kansler Moskva ilə Vaşinqton arasında yaranmış vəziyyətdən narahatlıq keçirir. Məsələ belədir ki, əvvəllər avropalılar onların kürəyi arxasında ABŞ Prezidentinin Rusiya lideri ilə dil tapa biləcəyindən ehtiyat edirdilərsə, indi də bu ölkələr arasında münasibətlərin gərginləşməsindən narahat olurlar və Merkelin şəxsində, Rusiya-ABŞ əlaqələrinin tənzimlənməsi üzrə vasitəçi qismində çıxış etmək zorunda qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol