Menu

Çin-dən Şimali Koreyaya xəbərdarlıq

12.04.2017, 10:22
Çin-dən Şimali Koreyaya xəbərdarlıq

“Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U Davey bildirib.

“Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, - deyə çinli diplomat vurğulayıb.

Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol