«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa prezidentliyinə namizəd Marin Le Pen prezident seçiləcəyi təqdirdə, Fransanı Şengn müqaviləsindən («Şengen zonası»nın yaradılması barədə müqavilə) çıxaracağını vəd edib.
Namizədin sözlərinə görə, əgər qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, artıq ilk iki ay ərzində Fransanın Şengen məkanında iştirakını dayandıracaq.
«Milli cəbhə» ultrasağ partiyasının namizədi Le Penin bu bəyanatını «AFR» agentliyi yayıb.
Marin Le Pen qeyd edib ki, söhbət təkcə Şengen razılaşmasının fəaliyyətinin dayandırılmasından yox, həm də sərhədlərdə nəzarətin barpasından, adı İslam radikalları siyahısına düşmüş əcnəbilərin Fransadan çıxarılmasından gedir. O, həm də iqtisadiyyat və təhlükəsizlik sahələrini gücləndirmək niyyətində olduğunu bəyan edib.
Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.


Şərhlər