Menu

AXCP üzvünün məhkəməsi təxirə salınıb

13.04.2017, 12:02
AXCP üzvünün məhkəməsi təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs F.Əhmədli bildirib ki, o, ittiham aktını və digər məhkəmə sənədlərini aprelin 10-da alıb. Hakim hazırlıq iclasını aprelin 25-ə təxirə salıb.

Qeyd edək ki, AXCP üzvü F.Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı məlumata görə, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. F.Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol