«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ ordusu Suriya aviabazasına zərbə endirdiyi anda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpinlə şam edirmiş. ABŞ lideri bu barədə «Fox Business» telekanalına müsahibəsində xəbər verib.
«Mən, stol arxasında oturmuşdum. Biz, şam yeməyini qurtarıb, desert yeyirdik. Bizim qarşımızda ən gözəl şokoladlı tort parçaları vad idi. Prezident Si Tszinpin həmin tortu ləzzətlə yeyirdi. Və mən, generallardan xəbər aldım…» - Tramp danışıb.
«O zaman mən dedim: «Cənab Prezident, icazə verin, sizə bəzi şeyləri izah edim: biz, elə indicə 59 raket atdıq… İraqa.»
«Suriyaya» - deyə, jurnalist düzəliş edib. «Hə, Suriyaya»» - Tramp dəqiqləşdirib
ABŞ Prezidenti aydınlaşdırıb ki, Si Tszinpinin bunu yalnız görüşdən sona öyrənməsini istəməyib.
Çin liderinin reaksiyasından danışan Tramp qeyd edib: «O, 10 saniyə susub, sonra isə təkrarlamağı tərcüməçidən xahiş edib. Mən fikirləşdim ki, bu, heç də yaxşı əlamət deyil».
Prezidentin sözlərinə görə, Tszinpin deyib ki, bu, yaxşı qərardır, ancaq o zaman ki, kimyəvi silahdan uşaqlara qarşı istifadə edilmiş olsun.
Müsahibənin gedişində Tramp Amerika hərbçilərinin zərbəsini «dahiyanə və heyrətamiz» adlandırıb. Onun sözlərinə görə, inanılmazdır ki, bir neçə yüz kilometr məsafədən buraxılmış raketlər hədəfə dəyib. Onun fikrincə, «ABŞ-ın əlində olan texnologiyalara rəqabətdə heç kim hətta yaxın belə, gələ bilməz».


Şərhlər