«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Suriyadakı hazırkı vəziyyətlə əsrin əvvəlində İraqdakı hadisələri müqayisə edərək, paralelləri göstərib.
O, Pentaqonun Suriya hərbi aerodromuna raket zərbələri endirməsini şərh edib və bu zaman İlf və Petrovdan (məşhur «12 stul» romanının müəllifləri) gətirdiyi sitatdan istifadə edib.
«2003-cü il hadisələrini çox xatırladır - o zaman ABŞ nümayəndələri Təhlükəsizlik Şurasında guya ki, İraqda aşkar olunmuş kimyəvi silahı nümayiş etdirmişdilər. Bundan sonra İraqa hərbi müdaxilə başlandı və ölkənin dağıdılması, teror təhlükəsinin artması və beynəlxalq səhnədə «İslam dövləti»nin meydana çıxması ilə başa çatdı» - Putin qeyd edib.
«Bütün bunlar eynilə indi baş verir. Yenə də həmkarları ona başını tərpədir. Bununla bağlı, mən bizim görkəmli yazıçılarımızı xatırlayıram. Demək isitəyirəm: «Darıxdırıcıdır, qızlar». Bütün bunları biz görmüşük, müşahidə etmişik…» - deyə, Prezident əlavə edib.
Xatırladaq ki, aprelin 7-i gecəsi ABŞ-ın hərbi gəmisi Suriya ərazisinə 59 «Tomaqavk» raketi buraxıb. Hədəf Homs əyalətindəki Şayrat aviabazası olub.


Şərhlər