Türkiyə baş nazirinin köməkçisi Bəşir Atalay "Kanal 7" televiziyasına gündəmdə olan məsələlərlə bağlı mühüm açıqlamalar verib. Atalay prezident seçkilərində partiyanın Rəcəb Tayyib Ərdoğanı prezidentliyə namizəd kimi irəli sürəcəyini deyib: "Partiyamızin əsas iradəsi Rəcəb Tayyib Ərdoğanın namizdliyini irəli sürməkdir. 2015-ci ildəki seçkilərdə heç bir çətinliklə üzləşməmək üçün bizə alternativ versiyalar lazımdır. Əsəs hədəfimiz güclü baş nazir və güclü prezidentdir. Hər iki namizədimiz güclü olacaq. Abdullah bəyi razı salaraq, onu yenidən partiya rəhbərliyinə gətirmək bizim bu seçkilərdə daha asan qalib gəlməyimizə səbəb olacaq. Yaxınlaşan prezident seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır. Partiyamıza isə Abdullah Gülün rəhbər gətirilməsi nəzərdə tutulub".


Şərhlər