Menu

"Wikileaks" Rusiya tərəfindən istifadə edilib" - MKİ direktoru

14.04.2017, 11:11
"Wikileaks" Rusiya tərəfindən istifadə edilib" - MKİ direktoru

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayka Pompeo "Wikileaks" təşkilatının Rusiya kimi düşmən dövlətlərin tez-tez istifadə etdiyi kəşfiyyat strukturu olduğunu bildirib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, MKİ direktoru "WikiLeaks"i ABŞ-a düşmən ölkələrin yararlandığı qeyri-hökumət kəşfiyyat xidməti adlandırıb.

O, ABŞ kəşfiyyatının yanvar hesabatına əsaslanaraq qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi "WikiLeaks"dən hakerlərin oğurladığı sənədlərin və Demokratlar Partiyasının məktublarının yayılması və bununla seçkilərin gedişinə respublikaçı namizəd Donald Trampın xeyrinə təsir etmək məqsədilə istifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol