Menu

“Putin NATO-su”na erməni general rəhbərlik edəcək - Xaçaturov baş katib təyin olundu

14.04.2017, 14:52

129966

Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi vəzifəsinə yeni təyinat olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə KTMT-nin baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

O, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunduğunu söyləyib: "KTMT baş katibi vəzifəsinə təyinat məsələsinə bu gün təşkilata üzv dövlətlərin başçılarının iclasında baxılıb və bu ilin mayın 2-dən bu posta Yuri Xaçaturovun təyin olunması haqqında yekdil qərar qəbul olunub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol