Dünən “Lion”la “Beşiktaş” arasında keçirilən Avropa Liqasının 1/4 final oyunundan (2:1) öncə iki klubun azarkeşlərinin arasında baş verən davaya görə 12 nəfər saxlanılıb.
Qol.az-ın xəbərinə görə, bu haqda Fransa mətbuatı məlumat yayıb. Məlumatda saxlanılanlar hansı klubun azarkeşi olduğu haqda açıqlanmayıb.
Əlavə edək ki, dava zamanı 2-i azarkeş, 5-i mühafizə xidmət olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.


Şərhlər