Menu

ABŞ Cənubi Çin dənizinə raket esminesi göndərib

15.04.2017, 00:10
ABŞ Cənubi Çin dənizinə raket esminesi göndərib

ABŞ "Stethem" raket esminesini Cənubi Çin dənizinə göndərib.

"Report" xəbər verir ki, bu barədə cümə günü Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bu addım Şimali Koreyanın nüvə sınaqları keçirməsi ilə bağlı artan gərginlik fonunda atılıb.

"Yokosukada (Yaponiya) lövbər salan "Stethem" raket eskadra mina gəmisi Cənubi Çin dənizində mühafizə əməliyyatları aparır", - deyə məlumatda qeyd olunur.

Donanma nümayəndəsi Robert Klin bildirib ki, bu ezamiyyət heyət üzvlərinin əsas regionlarda əməliyyat həyata keçirmək üzrə mühüm təcrübə toplamalarına imkan yaradacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol