Menu

Şimali Koreya yeni ballistik raketlərini göstərdi

15.04.2017, 09:31
Şimali Koreya yeni ballistik raketlərini göstərdi

Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sualtı qayıqların “Pukkıkson-2” tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəri ilə Pxenyanda hərbi parad təşkil olunub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol