Menu

Meksikada jurnalist öldürüldü

15.04.2017, 10:11
Meksikada jurnalist öldürüldü

Meksikada növbəti jurnalistin öldürülməsi faktı qeydə alınıb.

Trend-n RİA Novosti-yə istinadən verdiyi məluamata görə, Meksikalı jurnalist Maksimino Rodriges Palasios Aşağı Cənubi Kaliforniya ştatının La-Pas şəhərində ötən gün naməlum şəxslər tərəfindən öldürülüb.

Palasios, işlədiyi Colectivo Pericu internet nəşrinin məlumatına görə, ticarət mərkəzinin dayanacağında öz avtomobilini saxladığı zaman güllələnib. Onunla birlikdə maşında onun həyat yoldaşı olsada, o xəsarət almayıb.

Qeyd edək ki, Palasios bu il Meksikada öldürülən artıq dördüncü KİV nümayəndəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol