Menu

Şimali Koreyanın raket sınağı bu dəfə də uğursuz oldu

16.04.2017, 11:11
Şimali Koreyanın raket sınağı bu dəfə də uğursuz oldu

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı da uğursuz olub.Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, raket Hamqyon-Namdo əyalətinin Sinpxo rayonundan buraxılıb.

Pentaqondakı mənbə bildirib ki, raket, böyük ehtimalla, qitələrarası olmayıb və buraxıldıqdan dərhal sonra partlayıb.

ABŞ prezidenti Donald Tramp və hazırda Cənubi Koreyanın paytaxtına yollanan vitse-prezident Mayk Pens Şimali Koreyanın keçirdiyi uğursuz raket sınağı barədə məlumatlandırılıblar.

Yaponiya hökuməti isə Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Qeyd edək ki, bir il əvvəl Şimali Koreyanın Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində keçirdiyi ballistik raketi sınağı da uğursuzluqla nəticələnmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol