Menu

 "Mançester Yunayted" "Çelsi"ni məğlub edib - İngiltərə çempionatı

16.04.2017, 21:39

yunayted"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 33-cü turu çərçivəsində "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində Markus Raşford (7-ci dəqiqə) və Ander Errera (49) fərqlənib.

"Qırmızı şeytanlar" bu qələbə sayəsində turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 2-yə çatdırıblar.

"Mançester Yunayted" turnir cədvəlində 60 xal ilə 5-ci pillədə qərarşlaşıb. "Çelsi" 75 xal ilə liderdir.

"Mançester Yunayted" növbəti oyununu aprelin 23-də səfərdə "Bernli"yə qarşı keçirəcək. "Çelsi" iki gün sonra "Sauthempton"u qəbul edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol