Menu

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olundu

17.04.2017, 09:48
“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olundu

“Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.

"Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.

M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.

Qeyd edək ki, “Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol