Menu

ABŞ-dan Türkiyədəki referendum haqda bəyanat - "Şərh verməyəcəyik”

17.04.2017, 11:12

depart absAmerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib. Modern.az bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək.

“Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik”-deyə Dövlət Departameni bəyan edib.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Türkiyədə aprelin 16-da Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.

Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol