Menu

Serbiya S-300 kompleksləri almaq istəyir - Belorus, yoxsa Rusiya?

17.04.2017, 13:51

S-300-ZRK-raketAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Serbiya S-300 hava-hücumundan müdafiə kompleksləri almaq niyyətindədir. Ölkəsinin bu niyyətdə olduğunu Baş nazir Aleksandr Vuçiç bəyan edib.

Vuçiçin sözlərinə görə, ölkənin hava-hücumundan müdafiə komlekslərinə (HHM) tələbatı 2 divizion və alay- komanda məntəqəsindən ibarətdir.

Baş nazir bildirib ki, S-300 komplekslərinin alınması məsələsi Rusiya və Belorus hökumətləri ilə müzakirə olunur. Ancaq hələlik Serbiyaya kimin S-300 alay kompleksi satacağı barədə son qərar yoxdur.

«S-300 kompleksləri barədə saziş yoxdur. Mən, bu barədə Rusiya Prezidenti Putinlə danışıqlar zamanı xatırlatdım - biz, bu barədə danışdıq. Belorusun Prezidenti Lukaşenko ilə də danışdıq» - deyə, Vuçiç dildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol