Menu

Prezidentliyə namizəd terrorçuları Antarktidaya sürgün edəcəyi vədini verib - Fransada

17.04.2017, 15:48
Prezidentliyə namizəd terrorçuları Antarktidaya sürgün edəcəyi vədini verib - Fransada

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Prezidentliyinə namizəd Nikolya Dyüpon-Enyan bəyan edib ki, prezident seçiləcəyi təqdirdə, bütün terrorçuları Antarktida sahillərinin 2 min kilometrliyində yerləşən Kergelen arixipelaqına sürgün etmək niyyətindədir. Onun sözlərinə görə, Fransaya məxsus bu arxipelaqda terrorçuların «öz əməlləri barədə düşünmək imkanı olacaq».

«Mənim seçkiqabağı proqramımda belə bir təklif var ki, Fransada tutulmuş terrorçular Kergelen arxipelağına (Parisdən 12 min kilometr aralı ərazi) sürgün edilsinlər. Mən, seçiləcəyim təqdirdə, bu vədimi yerinə yetirmək niyyətindəyəm» - deyə, fransalı namizəd özəl «TF-1» telekanalının efirindən bildirib.

«Qalx, Fransa» partiyasının başçısı Fransada insanları öldürən terrorçuları komfortuna görə, daha çox dördulduzlu oteli xatırladan «türmə»lərdə saxlandığından qəzəbləndiyini ifadə edib.

«Prezident olsam, Suriyada insanların başını kəsən cinayətkarların Fransa ərazisinə qayıtdıqdan sonra, Fransa ədliyyəsinin onlara adi cinayətkar kimi yanaşmasına imkan vermək niyyətində deyiləm» - deyə, Dyüpon-Enyan bəyan edib.

O, Fransada ölüm hökmünü geri qaytarmaq fikrində olmadığını, ancaq terrorçulara yönəlik ən sərt cəzaları işə salmağın kərəkli olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol