Menu

“İstərdim prezident İlham Əliyevə müraciətim nəzərə alınsın” - İlyas İsmayılov

02.06.2014, 18:43
“İstərdim prezident İlham Əliyevə müraciətim nəzərə alınsın” - İlyas İsmayılov

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə müraciət edərək həbsdə olan jurnalist Əvəz Zeynallının əfv olunmasını istəmişdi. Prezident İlham Əliyev mayın 26-da 171 məhkumu əfv etdi, amma Əvəz Zeynallı həbsdə qaldı.

İyunun 2-də “Media forum” danışan İlyas İsmayılov deyib ki, məhbus jurnalist Əvəz Zeynallının azadlığa çıxması üçün hər şeyi etməyə hazırdır: “İstərdim gələcəkdə prezident İlham Əliyevə müraciətim nəzərə alınsın. Mən Əvəzin azadlığa çıxmasının tərəfdarıyam. Əvəz əsassız olaraq həbs olunub. Onun ittiham olunduğu maddələr sübuta yetirilmir. Həmçinin iki azyaşlı qızı olan birinin 9 il müddətinə azadlıqdan məhrum olunması ədalətli hökm sayıla bilməz. Əvəzin övladları cəmiyyətin balalarıdır”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-cü il hökmü ilə vəzifəli şəxs kimi hədə-qorxu tətbiq edərək külli miqdarda rüşvət istəməkdə və almaqda, məhkəmə qətnamələrini və qərarlarını icra etməməkdə, xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol