Menu

Matviyenkonun ciddi geyimi inam atmosferi yaradıb - Səudiyyə Ərəbistanında...

18.04.2017, 00:51
Matviyenkonun ciddi geyimi inam atmosferi yaradıb - Səudiyyə Ərəbistanında...

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Dövlət Duması Federasiya Şurasının sədri Valentina Matviyenkonun ciddi geyimi Səudiyyə Ərəbistanında gerçək bir inam atmosferi yaradıb. O, bu ölkəyə səfərində yaşıl don geyinib, başına da yaylıq örtüb.

Matviyenkonun sözlərinə görə, gərək səfər etdiyin ölkənin mədəniyyətinə və dini xüsusiyyətlərinə hörmətlə yanaşasan. Bu, diplomatik etiketin qaçılmaz şərtidir: «Qoy,bu lap xırda məsələ olsun, amma məhz elə bu xırdalıqlardan heç bir düyünü olmayan diplomatik bəzəklər tikilir».

Bundan əvvəl xəbər verilmişdi ki, Britaniyanın Baş naziri Tereza Mey Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) tövsiyyəsinin əksinə olaraq, Səudiyyə Krallığına səfəri zamanı baş örtüyündən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol