Menu

BMT KXDR-ı silahlanmanı dayandırmağa çağırdı

18.04.2017, 00:56
BMT KXDR-ı silahlanmanı dayandırmağa çağırdı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyüjarrik bəyan edib ki, təmsil etdiyi beynəlxalq təşkilat Koreya Xalq Demokratik Respublikasını (KXDR) Koreya yarımadasının «denuklerizasiyası» üzrə danışıqlara qayıtmağa çağırır və gərginliyin aşağı salınması üçün diplomatik səylərin artırılmasını qaçılmaz hesab edir.

Onun sözlərinə görə, BMT Koreya yarımadasında situasiyanın gərginləşməsindən narahatlıq keçirir və hesab edir ki, bütün tərəflərin diplomatik səyləri ikiqat artırması vacibdir.

«İstirahət günü keçirilmiş sınaq narahatlıq doğurur. Biz, KXDR-nı situasiyanın deeskalasiyası üçün bütün vacib şərtlərə əməl etməyə, denuklerizasiya üzrə dialoqa qayıtmağa və BMT TŞ-nın qətnamələrini tam yerinə yetirməyə çağırırıq» - deyə, BMT sözçüsü bəyan edib.

Bundan əvvəl KXDR xarici işlər nazirinin müavini Xan Sonq-Rel bəyan edib ki, Şimali Koreya beynəlxalq təzyiqlərə baxmayaraq, raket sınaqlarını və ABŞ-la gərginliyi artırmaqda davam edəcək.

Onun sözlərinə görə, beynəlxalq təzyiqlərə baxmayaraq, raket sınaqları mütəmadi və böyük ehtimalla, həftədə bir dəfə tezliyi ilə həyata keçiriləcək.

«Biz, həftəlik, aylıq və illik əsasla, daha çox raket sınaqları keçirəcəyik» - deyə, nazir müavini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol