Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter bu gün Bakıda Azərbaycan müxalifətinin rəhbərləri və ictimai təşkilatların təmsilçiləri ilə görüşüb.
Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, ReAl hərəkatının icraçı direktoru Natiq Cəfərli, NİDA Hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov, İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova iştirak ediblər.
Müsavat başqanı İsa Qəmbər "Turan"a bildirib ki, bir saatdan çox çəkən görüşdə Qarabağ münaqişəsi, demokratiya, insan haqları, siyasi məhbuslar, seçki və seçki prosesi, vətəndaş cəmiyyətinə basqılarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şərhlər