Menu

Gəncədə yaşayış binasının eyvanı uçdu - Xəsarət alan var

18.04.2017, 14:18
Gəncədə yaşayış binasının eyvanı uçdu - Xəsarət alan var

Gəncədə yaşayış binasının eyvanı uçub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb.

Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva `paltar sərərkən eyvan uçub. Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol