Menu

Prezidentin oğlu Düşənbənin meri oldu

19.04.2017, 00:19
Prezidentin oğlu Düşənbənin meri oldu

AzPolitika.info Tacikistan KİV-nə istinadla xəbər verir ki, ölkə prezidenti İmomali Rahmonun böyük oğlu Rustam İmomali çərşənbə axşamı şəhər şurası tərəfindən Düşənbə şəhərinin sədri postuna təsdiqlənib.

«Düşənbə şəhər xalq deputatları Şurasının beşinci çağırış 10-cu sessiyası aprelin 2-də şəhər sovetinə keçirilmiş deputat seçkilərinin nəticələri barədə şəhər seçki komissiyasının hesabatını dinləyib. Seçki komissiyasının məlumatına görə, Rustam İmomali bu seçkilərdə seçicilərin 84,8 faizinin səsini alıb» - deyə, şəhər seçki komissiyasının saytında xəbər verilir.

Xəbər verilir ki, xalq deputatları onun Düşənbə şəhərinin sədri postuna səlahiyyətini və eyni zamanda «Rustam İmomalinin təyinatı haqqında» Tacikistan Prezidentinin 4 aprel tarixli fərmanını təsdiqləyiblər.

Bu təyinata qədər İmomali Maliyyə nəzarəti və korrupsiya ilə mübarizə Agentliyinə başçılıq edib və yanvarın 12-də Prezident Məhmədsəid Ubaydullayevi payiaxt rəisi vəzifəsindən azad etdikdən sonra, Düşənbə şəhərinin başçısı əvəzi vəzifəsinə təyin olunub.

Belə-belə işlər…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol