Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 qadın və bir uşaq ağır xəsarət alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılan zaman qadınlardan biri yolda dünyasını dəyişib.
Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.


Şərhlər