Menu

Şimali Koreya Rusya ilə münasibətləri inkişaf etdirmək fikrindədir

19.04.2017, 00:27

axar.az1393510918Koreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Domokratik Respublikası (KXDR) Avropa və Amerika sanksiyalarına birlikdə sinə gərmək üçün Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Bu barədə KXDR xarici işlər naziri Kim Yön Xo bəyan edib.

«Rusiya da bizim ölkəmiz kimi, ABŞ və Qərbin digər ölkələrinin sanksiyaları altındadır. Bizim ölkələrimiz arasında dostluq münasibətlərini inkişaf etdirmək lazımdır. Belə mövqe iki ölkə xalqlarının maraqlarını əks etdirir» - deyə, nazir qeyd edib.

Şimali Koreyanın xarici siyasət idarəsinin başçısı xatırladıb ki, KXDR-nın keçmiş başçısı Kim Çen İr bir neçə dəfə Rusiyaya səfər edib və «iki ölkə arasında münasibətlərin qurulmasında böyük uğurlar qazanıb».

Kim Yön Xonun sözlərinə görə, heç bir maneəyə baxmayaraq, bu münasibətlər inkişaf edir. «Bizim iradəmiz belədir» - deyə, nazir fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol