Menu

Rafael Ağayev növbəti uğurunu qazanıb

20.04.2017, 01:03

rafael agayevAzərbaycan karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.

Mərakeşin paytaxtı Rabatda keçirilən çempionatda Rafael Ağayev 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol