Menu

Keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atdı - Özü isə intihar etdi

20.04.2017, 12:56
Keçmiş məhkum polislərin üzərinə kimyəvi məhlul atdı - Özü isə intihar etdi

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E. İbrahimov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol